“Milan”ın hücumçusu Santyaqo Ximenes “Qalatasaray”ın Mauro İkardiyə ehtiyat variantı kimi əsas namizədinə çevrilib.
Bakıvaxtı.az xəbər verir ki, Mauro İkardinin gözlənilən səviyyəyə çata bilməməsi və Viktor Osimhenin Afrika Millətlər Kubokuna yollanacaq olması səbəbindən “Qalatasaray” yanvar ayı üçün ehtiyat hücumçu transferini gündəminə alıb.
Menecer Corc Qardinin yaxşı tanıdığı İtaliya bazarına yönələn İstanbul klubu “Milan”ın 24 yaşlı meksikalı hücumçusu Santyaqo Ximenesi icarəyə götürmək istəyir.
Məlumata görə, “Milan” ötən mövsümün qış fasiləsində Ximenesi heyətinə qatmaq üçün 30,2 milyon avro (təxminən 55,9 milyon AZN) ödəyib. Lakin futbolçu indiyədək gözləntiləri doğrulda bilməyib və “Qalatasaray” artıq onun vəziyyəti ilə bağlı İtaliya klubuna sorğu göndərib.
Hazırda topuq zədəsindən əziyyət çəkən Santyaqo Ximenesin gələn həftə meydana qayıtması gözlənilir. O, bu mövsüm liqa və kubok matçlarında ümumilikdə 11 oyunda 768 dəqiqə meydanda olub, 1 qol və 2 məhsuldar ötürmə ilə yadda qalıb.
Bakı 



