• Bakı 26° C

    7.9 m/s

  • USD - 1.7

    EUR - 1.9452

    RUB - 2.2353

Azərbaycan - Ukrayna oyununa nə qədər bilet satılıb?

İDMAN

09 Sentyabr 2025 | 16:17

Azərbaycan - Ukrayna oyununa nə qədər bilet satılıb?

Azərbaycan millisinin Bakıda Ukraynaya qarşı keçirəcəyi DÇ-2026-nın seçmə mərhələsinin oyununa 8 minə yaxın bilet satılıb.

Bakıvaxtı.az xəbər verir ki, bu barədə AFFA-nın Mətbuat və İctimaiyyətlə Əlaqələr şöbəsinin rəhbəri Murad Axundov məlumat verib.

Onun sözlərinə görə, matç saatına qədər satılmış biletlərin sayı 10 minə çata bilər.

Qeyd edək ki, qarşılaşmanın keçiriləcəyi Tofiq Bəhramov adına Respublika stadionu 31 200 azarkeş tutumuna malikdir.

Bu gün keçiriləcək Azərbaycan - Ukrayna matçı saat 20:00-da start götürəcək.


Batıgöz reklamMedia İnkişaf

SON XƏBƏRLƏR

12 Iyul 2026
11 Iyul 2026