UEFA Konfrans Liqasının III təsnifat mərhələsinin cavab oyunları çərçivəsində Masazırda "Sabah"ın qonağı olacaq Bolqarıstanın "Levski" klubu azarkeşləri üçün 400 bilet istəyib.
Bu barədə Bakıvaxtı.az-a Bakı təmsilçisinin mətbuat katibi Elnur Həmidov məlumat verib.
O, Bolqarıstan klubunun Bakıya gələcəyi tarixi də açıqlayıb:
"Levski" Bakıya avqustun 13-də, günorta saatlarında çatacaq. Həmin gün rəqib komandanın baş məşqçisinin mətbuat konfransı və ilk 15 dəqiqəsi mətbuata açıq məşqi keçiriləcək. "Levski" öz azarkeşləri üçün 400 bilet istəyib".
Qeyd edək ki, "Sabah" - "Levski" görüşü avqustun 14-də Masazırdakı “Bank Respublika Arena”da, saat 20:00-da start götürəcək. Komandalar arasında Bolqarıstanda baş tutan ilk matçda meydan sahibləri 1:0 hesablı qələbə qazanıb.