• Bakı 28° C

    4.58 m/s

  • USD - 1.7

    EUR - 1.9819

    RUB - 2.1453

53 yaşlı pilot yarış zamanı həlak olub

İDMAN

11 Avqust 2025 | 10:35

53 yaşlı pilot yarış zamanı həlak olub

Amerikalı sürücü Robbi Brüer Şimali Karolinada "Sportsman" yarışı zamanı həlak olub.

Bakıvaxtı.az "CBS Sports"a istinadən xəbər verir ki, 53 yaşlı pilotun avtomobili döngədə böyük sürətlə səddə çırpılıb.

İlkin məlumatlara görə, hadisənin səbəbi sürücünün sükan arxasında keçirdiyi ürəktutması olub. Xilasedicilər R.Brüeri çıxarmaq üçün avtomobilin gövdəsinin hissələrini kəsməli olublar. O, xəstəxanaya çatdırılsa da, həyatını xilas etmək mümkün olmayıb.

Qeyd edək ki, bu, yarışın təşkil olunduğu Bouman-Qrey trekində pilotun məhz ürəktutması nəticəsində həlak olduğu dördüncü haldır.


SON XƏBƏRLƏR

10 Avqust 2025