• Bakı 24° C

    6.02 m/s

  • USD - 1.7

    EUR - 1.9559

    RUB - 2.1627

Dünya çempionatı: 3 cüdoçumuz mübarizəyə başlayır

İDMAN

13 Iyun 2025 | 09:12

Dünya çempionatı: 3 cüdoçumuz mübarizəyə başlayır

Bu gün Macarıstanın paytaxtı Budapeştdə cüdo üzrə böyüklər arasında dünya çempionatına start veriləcək.

Bakıvaxtı.az xəbər verir ki, ilk yarış günündə Azərbaycanın üç cüdoçusu mübarizə aparacaq.

Əhməd Yusifov (60 kq) 1/16 finalda yaponiyalı Ryuju Naqayama ilə üz-üzə gələcək.

Leyla Əliyeva (48 kq) 1/32 finalda türkmənistanlı Kurbanay Kurbanova ilə qarşılaşacaq.

1/32 finaldan başlayacaq Könül Əliyeva (48 kq) isə ABŞ təmsilçisi Mariya Seliya Labordeni məğlub etməyə çalışacaq.

Qeyd edək ki, mundialda Azərbaycanı 10 çəki dərəcəsində 13 cüdoçu (9 kişi, 4 qadın) fərdi yarışlarda təmsil edəcək. Yığmamız həmçinin qarışıq komanda yarışında mübarizə aparacaq.


SON XƏBƏRLƏR

18 Iyun 2025