• Bakı 32° C

    3.68 m/s

  • USD - 1.7

    EUR - 1.9849

    RUB - 2.1912

Tramp klublararası dünya çempionatının finalında olacaq

İDMAN

13 Iyul 2025 | 01:00

Tramp klublararası dünya çempionatının finalında olacaq

FIFA-nın prezidenti Canni İnfantino ABŞ prezidenti Donald Tramp klublararası dünya çempionatının final oyununu stadiondan izləyəcəyini açıqlayıb.

Bakıvaxtı.az xəbər verir ki, bu barədə jurnalist Ben Ceykobs X sosial şəbəkəsində (əvvəlki "Twitter") məlumat yayıb. İnfantino deyib: 

"Prezident Tramp finalda iştirak edəcək. O, futbolu sevir. Onun ilk prezidentliyi dövründə Ağ Evdə futbol qapıları quraşdırılmışdı. ABŞ bu mötəbər turniri qəbul edən ölkələrdən biridir və Tramp bu ideyanı ilk gündən dəstəkləyib. Belə böyük yarışlar onun dəstəyi olmadan mümkün deyil".

Qeyd edək ki, final görüşü 13 iyul tarixində PSJ və "Çelsi" klubları arasında olacaq. Görüş Bakı vaxtı ilə saat 23:00-da başlayacaq. 


SON XƏBƏRLƏR

12 Iyul 2025