"Atletiko" hücum xəttini yeni oyunçu ilə gücləndirib.
Bakıvaxtı.az xəbər verir ki, Madrid təmsilçisi "Napoli"dən Cakomo Raspadorini transfer edib. Bu barədə klubun mətbuat xidməti məlumat yayıb.
İtaliya millisinin üzvü üçün "Napoli"yə 22+4 milyon avro təzminat ödəniləcək. 25 yaşlı hücumçu ilə 2030-cu ilin yayına kimi müqavilə imzalanıb.
Qeyd edək ki, 2022-ci ilin yayından "Napoli"də çıxış edən Raspadori ötən mövsüm komandada 29 rəsmi matçda 6 qol vurub və 2 məhssuldar ötürmə edib.