• Bakı 25° C

    15.67 m/s

  • USD - 1.7

    EUR - 1.9916

    RUB - 2.0295

Tuxel İngiltərə millisinin tarixinə düşdü

İDMAN

10 Sentyabr 2025 | 15:22

Tuxel İngiltərə millisinin tarixinə düşdü

Almaniyalı baş məşqçi Tomas Tuxel İngiltərə millisinin tarixinə düşüb.

Bakıvaxtı.az "Opta" statistik portalına istinadən xəbər verir ki, 52 yaşlı mütəxəssis buna yığmanın ilk beş rəsmi matçda qol buraxmadan qalib gəlməsi ilə nail olub. 

İndiyədək komandada heç bir mütəxəssis bunu bacarmayıb.

Tuxel cari ilin yanvarından İngiltərənin baş məşqçisidir. Milli onun rəhbərliyi altında dünya çempionatının seçmə mərhələsində Albaniya, Latviya, Serbiya və iki dəfə Andorraya qalib gəlib. Bu görüşlərdə 13 qol vuran kollektiv qapısında top görməyib. 

Qeyd edək ki, İngiltərə yığması iyunun 10-da yoxlama görüşündə Seneqala uduzub - 1:3.


SON XƏBƏRLƏR