• Bakı 18° C

    8.12 m/s

  • USD - 1.7

    EUR - 1.9675

    RUB - 2.0938

Azərbaycan millisi bu gün Fransa yığması ilə qarşılaşacaq

İDMAN

10 Oktyabr 2025 | 09:55

Azərbaycan millisi bu gün Fransa yığması ilə qarşılaşacaq

Futbol üzrə Azərbaycan millisi bu gün dünya çempionatının seçmə mərhələsində növbəti matçını keçirəcək.

Bakıvaxtı.az xəbər verir ki, D qrupunda yer alan Ayxan Abbasovun baş məşqçisi olduğu komanda Parisdə Fransa yığması ilə qarşılaşacaq.

"Park de Prins" stadionunda, Bakı vaxtı ilə saat 18:00-da start götürəcək qarşılaşmanı norveçli FIFA referisi Rohit Saqqi idarə edəcək.

Qeyd edək ki, Fransa millisi 6 xalla qrup lideridir. İslandiya 3 xalla ikinci pillədə qərarlaşıb. Ukrayna və Azərbaycan yığmaları isə hərəyə 1 xalla müvafiq olaraq 3-cü və 4-cü pillələri bölüşür.


SON XƏBƏRLƏR