• Bakı 18° C

    1.75 m/s

  • USD - 1.7

    EUR - 1.9612

    RUB - 2.0928

“Kəpəz” “Sabah”a, “Qarabağ” “Neftçi”yə qarşı

İDMAN

09 Noyabr 2025 | 09:42

“Kəpəz” “Sabah”a, “Qarabağ” “Neftçi”yə qarşı

Bu gün Misli Premyer Liqasında “Zəfər turu”na yekun vurulacaq. 

Bakıvaxtı.az xəbər verir ki, bu tur Vətən Müharibəsindəki qələbəmizin 5-ci ildönümünə görə "Zəfər turu" adlandırılıb. Bütün oyunlar isə rəmzi olaraq hər saatın 44-cü dəqiqəsində başlanılıb.

Bu günə 11-ci turun son iki matçı nəzərdə tutulub. 

Əvvəlcə “Kəpəz” “Sabah”la üz-üzə gələcək. Gəncə klubu hazırda 3 xalla turnir cədvəlində sonuncudur. Paytaxt təmsilçisi isə 18 xalla altıncı yeri tutur. “Sabah” bu matçda qələbə qazansa, turnir cədvəlində ikinci pilləyə yüksələ bilər. 

Turun son matçında isə Azərbaycan derbisi baş tutacaq. Çempion “Qarabağ” “Neftçi”ni qəbul edəcək. Ağdam klubu əzəli rəqibini məğlub etsə, yenidən liderliyə yüksələcək. 


SON XƏBƏRLƏR

08 Noyabr 2025