• Bakı 10° C

    12.89 m/s

  • USD - 1.7

    EUR - 1.9814

    RUB - 2.2222

“Qəbələ” – “Turan Tovuz” oyunu təxirə salındı - YENİLƏNİB

İDMAN

08 Dekabr 2025 | 18:14

“Qəbələ” – “Turan Tovuz” oyunu təxirə salındı - YENİLƏNİB

Misli Premyer Liqasının XIV turunun “Qəbələ” – “Turan Tovuz” oyunu təxirə salınıb.

Bakıvaxtı.az xəbər verir ki, qatı duman səbəbindan dayandırılan görüşün bu gün oynanılmamasına qərar verilib.

Baş hakim Tural Qurbanovun 23-cü dəqiqədə dayandırdığı qarşılaşmada hesab açılmayıb.

Qeyd edək ki, matçın sabah qaldığı yerdən davam etdiriləcəyi gözlənilir.

 

***17:35

Misli Premyer Liqasının XIV turunda keçirilən "Qəbələ" - "Turan Tovuz" oyunu yarımçıq dayandırılıb.

Bakıvaxtı.az xəbər verir ki, buna Qəbələdə dumanlı hava şəraiti səbəb olub.

Qarşılaşma 23-cü dəqiqədə dayandırılıb.

Matçın taleyi ilə bağlı qərar daha sonra veriləcək.


SON XƏBƏRLƏR