• Bakı C

    1.54 m/s

  • USD - 1.7

    EUR - 1.9875

    RUB - 2.1063

Yamal ən yaxşı seçildi

İDMAN

06 Yanvar 2026 | 18:20

Yamal ən yaxşı seçildi

İspaniyanın "Barselona" komandasının futbolçusu Lamin Yamal La Liqada mövsümün ilk yarısının ən yaxşı oyunçusu seçilib.

Bakıvaxtı.az "WhoScored" portalına istinadən xəbər verir ki, 17 yaşlı vinger analitiklərin qiymətləndirməsinə əsasən 8,29 xalla ilk sırada qərarlaşıb.

O, bu göstərici ilə "Real Madrid"in ulduzu Kilian Mbappeni (8,04 xal) geridə qoyub. Onlar La Liqada 8 və ya daha yuxarı reytinq alan yeganə futbolçulardır.

İlk “üçlüy”ü Mbappenin komanda yoldaşı Cud Bellinqem tamamlayıb (7,44). İlk “beşlik”də, həmçinin "Barselona"nın braziliyalı üzvü Rafinya (7,36) və "Real Madrid"in digər ulduzu Vinisius Junior (7,30) da yer alıb.


SON XƏBƏRLƏR

07 Yanvar 2026