Rusiyanın "Dinamo” (Moskva) klubu “Qarabağ”ın sabiq qapıçısı Andrey Lunyovla müqavilənin müddətini uzatmaq istəyir.
Bakıvaxtı.az xəbər verir ki, Moskva təmsilçisi 35 yaşlı qolkiperin çıxışından razıdır.
Tərəflər arasında müqavilənin yenilənməsi ilə bağlı danışıqlar hələ başlamayıb.
Təcrübəli oyunçunun hazırkı sözləşməsinin müddəti bu ilin yayında başa çatacaq.
Bakı 




