• Bakı 10° C

    13.21 m/s

  • USD - 1.7

    EUR - 1.9814

    RUB - 2.2222

Sabah” “Neftçi”yə qalib gəldi

İDMAN

08 Dekabr 2025 | 22:12

Sabah” “Neftçi”yə qalib gəldi

Misli Premyer Liqasında XIV turun növbəti oyunu keçirilib.

Bakıvaxtı.az xəbər verir ki, “Sabah” evdə “Neftçi” ilə qarşılaşıb. Görüş meydan sahiblərinin 2:0 hesablı qələbəsi ilə yekunlaşıb.

Qələbə sayəsində “tələbələr” 28 xalla 2-ci pilləyə yüksəlib. Qonaqlar isə 16 xalla 8-ci yerdədir.

Günün ilk matçında “Qəbələ” ilə “Turan Tovuz” qarşılaşıb. Görüş qatı duman səbəbindən 23-cü dəqiqədə yarımçıq dayandırılıb.

XIV turun əvvəlki oyunlarında "Şamaxı" "Karvan-Yevlax"a 3:0 hesabı ilə qalib gəlib, "Zirə" isə "Qarabağ"la heç-heçə edib - 1:1. Tur dekabrın 9-da başa çatacaq.


SON XƏBƏRLƏR