• Bakı C

    9.35 m/s

  • USD - 1.7

    EUR - 1.9857

    RUB - 2.1172

“Beşiktaş”dan sonra onlara rəhbərlik edə bilər

İDMAN

07 Yanvar 2026 | 19:51

“Beşiktaş”dan sonra onlara rəhbərlik edə bilər

İngiltərə nəhəngi “Mançester Yunayted”də Ruben Amorimin istefasından sonra boş qalan baş məşqçi postuna əsas namizədlərin adları məlum olub.

Bakıvaxtı.az xəbər verir ki, bukmeker kontorları hazırda işsiz olan Ole Qunnar Sulşeri favorit hesab edirlər.

Məlumata görə, norveçli mütəxəssisin yenidən “qırmızı şeytanlar”ın sükanı arxasına keçmək ehtimalı yüksək qiymətləndirilir. Digər namizədlər arasında hazırda komandanı müvəqqəti idarə edən Darren Fetçer və İngiltərə millisinin sabiq baş məşqçisi Qaret Sautqeyt də var.

Xatırladaq ki, “Mançester Yunayted” yanvarın 5-də Ruben Amorimi uğursuz nəticələrə görə istefaya göndərib. Portuqaliyalı mütəxəssisin rəhbərliyi altında komanda Premyer Liqada 15-ci pilləyə qədər geriləmişdi. Sulşerin sonuncu iş yeri isə “Beşiktaş” komandası olub.


SON XƏBƏRLƏR