• Bakı C

    6.77 m/s

  • USD - 1.7

    EUR - 2.0052

    RUB - 2.2154

"Araz" meydanı yarımçıq tərk etdi - AFFA texniki məğlubiyyət verdi

İDMAN

06 Fevral 2026 | 14:44

Araz meydanı yarımçıq tərk etdi - AFFA texniki məğlubiyyət verdi

AFFA Region Liqasında çıxış edən iki komandaya texniki məğlubiyyət verilib.

Bakıvaxtı.az xəbər verir ki, bu barədə milli assosiasiyanın İntizam Komitəsi qərar çıxarıb.

İmişlinin "Araz" komandası "Hacıqabul" kollektivi ilə görüşün 86-cı dəqiqəsində meydanı tərk etdiyi üçün bu halla üzləşib. Oyun başa çatmadığından bölgə təmsilçisinə 0:3 hesablı texniki məğlubiyyət verilib.

"Crystal" isə "Samur"la qarşılaşmada təyin olunan vaxtda meydana çıxmayıb. Bu səbəbdən onlar da 0:3 hesablı texniki məğlubiyyətə məruz qalıblar.


SON XƏBƏRLƏR