• Bakı C

    6.77 m/s

  • USD - 1.7

    EUR - 2.0052

    RUB - 2.2154

"Qarabağ"ın "Nyukasl"la oyunlar üçün iştirak ərizəsi müəyyənləşdi

İDMAN

06 Fevral 2026 | 14:05

Qarabağın Nyukaslla oyunlar üçün iştirak ərizəsi müəyyənləşdi

"Qarabağ"ın UEFA Çempionlar Liqasının pley-off mərhələsində "Nyukasl"la (İngiltərə) oyunlar üçün iştirak ərizəsi müəyyənləşib.

Bakıvaxtı.az klubun saytına istinadən xəbər verir ki, zədə səbəbindən siyahıdan çıxarılan yarımmüdafiəçi Kadi Borgesin adı yenidən sifariş vərəqinə daxil edilib.

Braziliyalı futbolçu iştirak ərizəsində Kris Kuakunu əvəzləyib. Kadi “Nyukasl Yunayted”lə pley-off mərhələsinin qarşılaşmalarında iştirak edə biləcək.

Qeyd edək ki, “Qarabağ” İngiltərə klubu ilə fevralın 18-də Bakıda, 6 gün sonra Nyukaslda qarşılaşacaq.

“Qarabağ”ın UEFA Çempionlar Liqası üçün iştirak ərizəsi

Qapıçılar: 89. Amin Ramazanov, 97. Fabiyan Buntiç, 99. Mateuş Koxalski

Müdafiəçilər: 2. Mateus Silva, 3. Sami Mmae, 13. Bəhlul Mustafazadə ,18. Dani Bolt, 30. Abbas Hüseynov, 44. Elvin Cəfərquliyev, 55. Bədavi Hüseynov ,81. Kevin Medina

Yarımmüdafiəçilər: 8. Marko Yankoviç, 9. Joni Montiel ,10. Abdullah Zubir, 15. Leandro Andrade,20. Kadi Borges, 21. Aleksey Kaşuk, 27. Toral Bayramov, 32. Hikmət Cəbrayılzadə, 35. Pedro Bikalyo

Hücumçular: 7. Nəriman Axundzadə, 11. Emmanuel Addai, 17. Kamilo Duran, 22. Musa Qurbanlı


SON XƏBƏRLƏR