"Qəbələ"qış fasiləsində ikinci transferini reallaşdırıb.
Klubdan Bakıvaxtı.az-a verilən məlumata görə, "qırmızı-qaralar" nigeriyalı hücumçu İsmaheel Akinade ilə anlaşıb.
31 yaşlı hücumçu ilə 1,5 illik müqavilə imzalanıb.
Karyerasına İrlandiyanın "Brey Uonderers" komandasında başlayan futbolçu daha sonra bu ölkədə "Boqemians" və "Uoterford" kimi klublarda çıxış edib.
Son klubu Özbəkistan Super Liqa təmsilçisi "Andijon" olan forvard bu komanda ilə çempionatda keçirdiyi 12 oyunda 2 qol və 1 məhuldar ötürmə ilə yadda qalıb. Akinade həmçinin "Andijon"un heyətində Asiya Çempionlar Liqasında da 6 matçda iştirak edib və 1 dəfə fərqlənib.
Qeyd edək ki, "Qəbələ" qış fasiləsində daha əvvəl müdafiəçi Seydina Keyta ilə də müqavilə bağlayıb.
Bakı 




