• Bakı C

    6.45 m/s

  • USD - 1.7

    EUR - 2.0039

    RUB - 2.2215

“Barselona” Levandovskini saxlamaq üçün bu təklifi etdi

İDMAN

06 Fevral 2026 | 00:11

“Barselona” Levandovskini saxlamaq üçün bu təklifi etdi

“Barselona”nın baş məşqçisi Hans-Diter Flik və klub rəhbərliyi Robert Levandovskinin gələcəyi ilə bağlı mühüm qərar qəbul edib.

Bakıvaxtı.az ESPN-ə istinadla xəbər verir ki, alman mütəxəssis 37 yaşlı polşalı hücumçunun həm meydandakı performansından, həm də soyunma otağındakı peşəkar davranışından olduqca razıdır.

Bu səbəbdən Kataloniya klubu ulduz futbolçunu ən azı 2027-ci ilin yayına qədər komandada saxlamaq üçün yeni müqavilə variantlarını nəzərdən keçirir.

Nəşrin yaydığı məlumata görə, “Barselona”nın idman direktoru Deko və Hans-Diter Flik yaxın vaxtlarda Levandovski ilə bir araya gələrək gələcək planları müzakirə edəcəklər. Klubun əsas şərti isə futbolçunun maaşının azaldılması və komandada daha çox “rotasiya oyunçusu” rolunu qəbul etməsidir.

Qeyd edək ki, Levandovski bu mövsüm “Barselona” forması ilə çıxdığı 27 rəsmi oyunda 12 qol və 3 məhsuldar ötürmə ilə yadda qalıb. Təcrübəli hücumçu hazırda Ferran Torreslə rəqabət aparsa da, hələ də komandanın əsas hücum silahlarından biri hesab olunur. Futbolçunun aprel ayına qədər öz gələcəyi ilə bağlı qəti qərarını verəcəyi gözlənilir.


SON XƏBƏRLƏR

05 Fevral 2026