"Geridə qalan 3 oyunda mən və akademiyadakı məşqçilər gəldik, əlimizdən gələni etdik. Düşündük ki, komanda bəlkə toparlanar və nəticələr yaxşı olar. Amma görünür ki, nəticələr yaxşı olmadı".
Bakıvaxtı.az xəbər verir ki, su sözləri "Neftçi"nin müvəqqəti baş məşqçisi Sənan Qurbanov Azərbaycan Premyer Liqasının 14-cü turunun "Sabah"la (2:0) görüşündən sonra keçirilmiş mətbuat konfransında deyib.
"Hamımız birlikdə azarkeşlərimizi üzdük. Üç oyunumuzu müqayisə etsək, bəlkə də ən pisi bugünkü idi. Birinci hissədə rəqibə müqavimət göstərməyə çalışdıq. Meydana 2 hücumçu ilə çıxdıq ki, bəlkə rəqibə təzyiq edə bildik. Fasilədən sonra bəzi futbolçular zədə səbəbindən əvəzetmə istədilər. Bunu da reallaşdırdıq. Oyuna təsir etməyə çalışdıq. Bu da bəhrəsini vermədi. Əlbəttə ki, bütün futbolçular olaraq azarkeşlərdən üzrxahlıq etmək mümkündür. Düşünürəm ki, artıq futbolçular da nəticələrə görə utanır. Allah qoysa, qarşıdakı günlərdə "Neftçi" üçün xeyirli olar, yeni baş məşqçi gələr və komandanı toparlayar. Biz ancaq "Neftçi"nin yaxşı olmasını arzulayırıq", - deyə o söyləyib.
Bakı 



