“Marsel” klubunun hücumçusu Meyson Qrinvud karyerasını Səudiyyə Ərəbistanında davam etdirə bilər.
Bakıvaxtı.az xəbər verir ki, bu barədə “Footmercato” məlumat yayıb.
Belə ki, NEOM klubu ingiltərəli futbolçunu heyətinə qatmaq üçün hərəkətə keçib. Klub rəhbərliyi 24 yaşlı forvardın transferi üçün Marsel təmsilçisinə 100 milyon avro təklif edib.
Səudiyyə təmsilçisinin Qrinvudun gərgin oyunlardakı sabit çıxışından təsirləndiyi və onu komandanın hücum xəttinin əsas siması kimi gördüyü bildirilir. NEOM-un futbolçu uğrunda mübarizədə istənilən rəqiblə rəqabət aparmağa hazır olduğu vurğulanır.
Qeyd edək ki, “Marsel”lə müqaviləsi 2029-cu ilin iyununa qədər qüvvədə olan Meyson Qrinvud cari mövsümdə bütün turnirlərdə 19 oyuna çıxıb. O, bu matçlarda 11 qol və 4 məhsuldar ötürmə ilə yadda qalıb.
Bakı 



