• Bakı 12° C

    1.82 m/s

  • USD - 1.7

    EUR - 1.9612

    RUB - 2.0928

Özümə söz vermişdim ki, qalib gələcəyəm - Hidayət Heydərov

İDMAN

08 Noyabr 2025 | 23:23

Özümə söz vermişdim ki, qalib gələcəyəm - Hidayət Heydərov

Bu gün çox gözəl gündür. Tatamiyə qızıl medal üçün çıxmışdım. Özümə söz vermişdim ki, qalib gələcəyəm.

Bakıvaxtı.az xəbər verir ki, bu sözləri Səudiyyə Ərəbistanının paytaxtı Ər-Riyad şəhərində keçirilən VI İslam Həmrəyliyi Oyunlarında qızıl medal qazanan Azərbaycan cüdoçusu Hidayət Heydərov deyib.

73 kiloqram çəki dərəcəsində fəxri kürsünün ən yüksək pilləsinə qalxan idmançı hər rəqibə qarşı ciddi hazırlaşdığını bildirib: "Rəqibləri zəif və ya güclü deyə ayırmıram. Əsas təzyiq ilk görüşlərdə olur. Finallarda daha rahat çıxış edirəm. Məğlubedilməz insan yoxdur".

O, dəstəyə görə Azərbaycan xalqına təşəkkür edib. Qeyd edək ki, Hidayət Heydərov ikinci dəfə İslam Həmrəyliyi Oyunlarının qalibi olub.


SON XƏBƏRLƏR

08 Noyabr 2025