• Bakı 25° C

    4.95 m/s

  • USD - 1.7

    EUR - 1.9661

    RUB - 2.0105

Azərbaycan boksçuları AÇ-də 5 medal qazandılar

İDMAN

09 Oktyabr 2025 | 19:40 | Müəllif: Subhan Mahmudov

Azərbaycan boksçuları AÇ-də 5 medal qazandılar

Azərbaycan boksçuları Çexiyanın Ostrava şəhərində keçirilən U-19 Avropa çempionatını 5 medalla başa vurublar.

Bakıvaxtı.az xəbər verir ki, Bilalhəbaşi Nəzərov qızıl medal qazanıb.

50 kq çəkidə mübarizə aparan millinin lideri finalda italiyalı Tommaso Orlandonu 5:0 hesabı ilə məğlub edərək ardıcıl ikinci dəfə Avropa çempionu tituluna yiyələnib.

Banuçiçək Nəsirli (48 kq) isə finalda Matilda Fraqnierlə (Fransa) üz-üzə gəlib. Rəqib qalib gəldiyindən boksçumuz gümüş medala yiyələnib.

Qeyd edək ki, daha öncə Zidan Hümbətov (55 kq), Sübhan Babayev (60 kq) və İlkanə Əhmədova (+80 kq) üçüncü yeri tutublar.


Batıgöz reklamMedia İnkişaf

SON XƏBƏRLƏR

14 Sentyabr 2026