• Bakı 16° C

    5.67 m/s

  • USD - 1.7

    EUR - 1.9612

    RUB - 2.0928

Stolüstü tennisçilərimiz VI İslam Həmrəyliyi Oyunlarına uğurla başlayıblar

İDMAN

08 Noyabr 2025 | 16:44

Stolüstü tennisçilərimiz VI İslam Həmrəyliyi Oyunlarına uğurla başlayıblar

Azərbaycanın stolüstü tennisçiləri, Səudiyyə Ərəbistanının Ər-Riyad şəhərində keçirilən VI İslam Həmrəyliyi Oyunlarına uğurla başlayıblar.

Bakıvaxtı.az Stolüstü Tennis Federasiyasına istinadən xəbər verir ki, komanda yarışlarının ilk günündə Uqanda idmançıları ilə qarşılaşan qızlardan ibarət komanda etimadı layiqincə doğruldub.

Mərziyyə Nurmətova, Zemfira Mikayılova və Aylin Əsgərovadan ibarət trio rəqibi 8:2 hesabı ilə məğlub edib.

Azərbaycan təmsilçiləri sabah Pakistan seçməsi ilə üz-üzə gələcək.


SON XƏBƏRLƏR