• Bakı 13° C

    8.31 m/s

  • USD - 1.7

    EUR - 1.8669

    RUB - 2.0809

“Meydançanın hər qarışı uğrunda mübarizə aparacağıq” - Bəhlul Mustafazadə

İDMAN

09 Oktyabr 2025 | 23:30 | Müəllif: Subhan Mahmudov

“Meydançanın hər qarışı uğrunda mübarizə aparacağıq” - Bəhlul Mustafazadə

DÇ-2026-nın seçmə mərhələsi çərçivəsində Azərbaycan yığması sabah Fransa millisi ilə qarşılaşacaq.

Bakıvaxtı.az xəbər verir ki, oyundan öncə keçirilən mətbuat konfransında yığmamızın futbolçusu Bəhlul Mustafazadə jurnalistlərin suallarını cavablandırıb:

“Fransa millisi haqda çox danışmağa ehtiyac yoxdur. Önəmli olan bu rəqibə qarşı necə reaksiya verməyimizdir. Hazırlıqlarımızı bu gün tamamlayacağıq. Sabah meydançanın hər qarışı uğrunda mübarizə aparacağıq”.

- Millinin ən çox formada olan oyunçularından birisən. “Qarabağ”ın heyətində də Çempionlar Liqasında önəmli fiqurlarından birisən. Son 2-3 gündə futbolçularla özün şəxsən psixoloji baxımdan, dəstək üçün söhbət aparmısan?

- Oyundan öncə komanda yoldaşlarımızla bu matç haqqında danışmışıq. Bütün komanda olaraq hamımız hazır olmalıyıq. Bu barədə söhbətimiz çox olur, hazırlığımız yaxşıdır, sabah yaxşı mübarizə aparacağıq.


Batıgöz reklamMedia İnkişaf

SON XƏBƏRLƏR

23 Noyabr 2026