• Bakı 28° C

    1.57 m/s

  • USD - 1.7

    EUR - 1.9849

    RUB - 2.1912

“PSJ favoritdir, amma biz qalib gələcəyik”

İDMAN

12 Iyul 2025 | 22:53

“PSJ favoritdir, amma biz qalib gələcəyik”

"Çelsi"nin kapitanı Ris Ceyms 13 iyulda keçiriləcək klublararası dünya çempionatının final matçı ilə bağlı fikirlərini bölüşüb. 

Bakıvaxtı.az FIFA-nın rəsmi saytına istinadən xəbər verir ki, o, PSJ-yə qarşı keçirəcəkləri görüş haqda deyib:

“Bu, çox yüksək səviyyəli bir oyun olacaq. PSJ hazırda dünyanın ən güclü komandalarından biridir, amma bu finaldır, yalnız bir oyundur. Hər kəs onları favorit sayır, amma mən çox sayda finalda iştirak etmişəm ki, favorit olmuşuq, amma qalib gəlməmişik. Ona görə bu mənim üçün o qədər də önəmli deyil. Hər kəs rəqibimiz barədə danışır, amma biz matça lazımı şəkildə hazırlaşacağıq və qalib gələcəyik.

Çətin bir oyun gözləyirik. Məni səhv başa düşməyin. PSJ möhtəşəm komandadır, amma bizim də çox güclü heyətimiz var. Fikrimcə, çoxlarını təəccübləndirəcəyik. Turnirin əvvəlindən bu günə qədər uzun yol gəlmişik və bazar günü üçün səbirsizlənirik”.

Qeyd edək ki, klublararası dünya çempionatının finalı 13 iyul tarixində ABŞ-da keçiriləcək. Oyun Bakı vaxtı ilə saat 23:00-da başlayacaq./Qol.az


SON XƏBƏRLƏR

12 Iyul 2025