• Bakı 22° C

    3.78 m/s

  • USD - 1.7

    EUR - 1.9592

    RUB - 2.1249

Olimpiya çempionunun iki medalı ləğv edildi

İDMAN

12 Iyun 2025 | 22:19

Olimpiya çempionunun iki medalı ləğv edildi

Sərbəst güləş üzrə Olimpiya çempionu Bilyal Maxov antidopinq qaydalarını pozduğuna görə 4 il müddətinə diskvalifikasiya edilib.

Bakıvaxtı.az xəbər verir ki, bu barədə Beynəlxalq Dopinq Test Agentliyinin saytında məlumat yayılıb.

Məlumata görə, 37 yaşlı rusiyalının 2015-ci il yanvarın 10-dan 2020-ci il yanvarın 27-dək olan nəticələri ləğv edilib. O, 2015-ci il dünya çempionatının iki bürünc medalından məhrum edilib.

Maxov bundan əvvəl Rusiya Antidopinq Agentliyi tərəfindən dörd il müddətinə diskvalifikasiya edilmişdi . Onun 2020-ci ilin qışında götürdüyü dopinq testi müsbət çıxıb.

Qeyd edək ki, Maxov 2012-ci il London Olimpiadasında qızıl medal qazanıb. O, həm də üçqat dünya və bir dəfə Avropa çempionudur.


SON XƏBƏRLƏR