• Bakı 29° C

    4.81 m/s

  • USD - 1.7

    EUR - 1.9751

    RUB - 2.173

Ançelotti üç məşhur braziliyalı ilə bağlı qərar verdi

İDMAN

15 May 2025 | 13:50

Ançelotti üç məşhur braziliyalı ilə bağlı qərar verdi

İyundan etibarən Braziliya millisinin baş məşqçisi olacaq Karlo Ançelotti üç məşhur futbolçu ilə bağlı qərar verib.

Bakıvaxtı.az "Goal" nəşrinə istinadən xəbər verir ki, bunlar Neymar, Antoni və Kazemirodur.

65 yaşlı mütəxəssis hazırda "Santos"da çıxış edən və son dönəmlərdə zədə problemləri ilə üzləşən Neymarı yığmaya çağırmaq niyyətindədir. O, təcrübəli hücumçunu komanda üçün vacib oyunçu hesab edir. Artıq tərəflər arasında danışıq da olub. Ançelotti forvardın fiziki hazırlığı ilə maraqlanıb.

O, İngiltərə təmsilçisi "Mançester Yunayted"də çıxış edən və 2023-cü ildən milliyə dəvət almayan Kazemironu da heyətə cəlb etməyi planlaşdırır.

"Qırmızı şeytanlar"ın İspaniyanın "Betis" klubunda icarə əsasında çıxış edən futbolçusu Antoni də təcrübəli baş məşqçinin diqqətindən yayınmayıb.


SON XƏBƏRLƏR