• Bakı 19° C

    13.6 m/s

  • USD - 1.7

    EUR - 1.9592

    RUB - 2.1249

"Barselona" 16 yaşlı futbolçu transfer edir

İDMAN

14 Iyun 2025 | 12:05

Barselona 16 yaşlı futbolçu transfer edir

İspaniyanın "Barselona" klubu Xorvatiya təmsilçisi "Dinamo"nun (Zaqreb) 16 yaşlı sol cinah oyunçusu Kardoso Varelanı transfer etməyə yaxındır.

Bakıvaxtı.az xəbər verir ki. bu barədə "Marca" nəşri məlumat yayıb.

Kataloniyalılar sözügedən keçid üçün 5 milyon avro ödəyəcək. Lakin bonuslar və əlavə şərtlər nəzərə alınmaqla ümumi transfer məbləği 20 milyon avroya çata bilər.

Şərtə əsasən futbolçu "Barselona"ya keçdikdən sonra icarə əsasında "Dinamo"da çıxış etməyə davam edəcək və 2026-cı ilin yayında La Liqa kollektivinin heyətinə qoşulacaq.


SON XƏBƏRLƏR

14 Iyun 2025