• Bakı 18° C

    1.41 m/s

  • USD - 1.7

    EUR - 1.9329

    RUB - 2

Medalları Tramp təqdim etdi - FOTOLAR

İDMAN

14 Iyul 2025 | 09:08 | Müəllif: Subhan Mahmudov

Medalları Tramp təqdim etdi - FOTOLAR

ABŞ prezidenti Donald Tramp Fransanın “Paris Sen-Jermen” klubunun futbolçularına, həmçinin rusiyalı qapıçı Matvey Safonova klublararası dünya çempionatının gümüş medallarını təqdim edib.

Bakıvaxtı.az  xəbər verir ki, bununla bağlı xarici KİV məlumat yayıb.

Bildirilib ki, turnirin finalı Nyuark şəhərində keçirilib.

Tramp mükafatlandırma mərasimində FİFA prezidenti Canni İnfantino ilə birlikdə iştirak edib.

Final oyununda PSJ İngiltərənin “Çelsi” klubuna 0:3 hesabı ilə uduzub. 

ABŞ Prezidenti və İnfantino “Çelsi”nin kapitanı Ris Ceymsə turnirdə qalib gəldiyinə görə kuboku təqdim ediblər. Tramp bir müddət kürsüdə bayram edən İngiltərə futbolçularının yanında dayanıb.

Qeyd edək ki, 2025-ci il Klublararası Dünya Çempionatı ilk dəfə olaraq yeni formatda keçirilib və turnirdə 32 komanda iştirak edib.


Medalları Tramp təqdim etdi - FOTOLARMedalları Tramp təqdim etdi - FOTOLARMedalları Tramp təqdim etdi - FOTOLARMedalları Tramp təqdim etdi - FOTOLARMedalları Tramp təqdim etdi - FOTOLARMedalları Tramp təqdim etdi - FOTOLARMedalları Tramp təqdim etdi - FOTOLARMedalları Tramp təqdim etdi - FOTOLARMedalları Tramp təqdim etdi - FOTOLARMedalları Tramp təqdim etdi - FOTOLAR
Batıgöz reklamMedia İnkişaf

SON XƏBƏRLƏR

26 Sentyabr 2026