• Bakı 18° C

    7.79 m/s

  • USD - 1.7

    EUR - 1.9739

    RUB - 1.9728

Ukrayna millisinin üzvü PSJ -də

İDMAN

12 Avqust 2025 | 12:30

Ukrayna millisinin üzvü PSJ -də

Fransanın PSJ klubu Ukrayna millisinin müdafiəçisi İlya Zabarnını transfer etdiyini açıqlayıb.

Bakıvaxtı.az  xəbər verir ki, bu barədə Paris təmsilçisinin rəsmi saytı məlumat yayıb.

Futbolçu İngiltərənin "Bornmut" klubundan transfer olunub. Tərəflər 2030-cu ilə qədər müqavilə imzalayıblar.

Mətbuatın yazdığına görə, PSJ bu keçidi 63 milyon avroya həll edib. "Bornmut" bonus olaraq daha 3 milyon avro ala bilər.

Qeyd edək ki, 2023-cü ilin yanvarında ingilislər müdafiəçi üçün onun sabiq klubu "Dinamo"ya (Kiyev) 22,7 milyon avro ödəyib.


Batıgöz reklamMedia İnkişaf

SON XƏBƏRLƏR

07 Sentyabr 2026