• Bakı 13° C

    4.34 m/s

  • USD - 1.7

    EUR - 1.8666

    RUB - 2.0737

Eriksenin yeni klubu məlum oldu

İDMAN

11 Sentyabr 2025 | 01:00 | Müəllif: Subhan Mahmudov

Eriksenin yeni klubu məlum oldu

"Mançester Yunayted" futbol klubunun keçmiş yarımmüdafiəçisi Kristian Eriksen azad agent kimi "Volfsburq"a keçə bilər.

Bakıvaxtı.az  xəbər verir ki, bu barədə jurnalist Florian Plettenberq "X" sosial şəbəkəsində məlumat paylaşıb.

Onun sözlərinə görə, bu transfer yaxın vaxtlarda baş tutacaq. Hazırda tərəflər əməkdaşlığın yekun detallarını müzakirə edirlər.

Jurnalist Fabritsio Romano da bu məlumatı təsdiqləyib.

Qeyd edək ki, Eriksen 2022-ci ilin yayından "Mançester Yunayted"də çıxış edib. O, bu komandada 107 oyun keçirib, 8 qol vurub və 19 məhsuldar ötürmə verib.


Batıgöz reklamMedia İnkişaf

SON XƏBƏRLƏR

20 Noyabr 2026