• Bakı 16° C

    3.76 m/s

  • USD - 1.7

    EUR - 1.9675

    RUB - 2.0938

DÇ-2026: Azərbaycan millisi səfərdə Fransaya məğlub oldu - YENİLƏNİB

İDMAN

11 Oktyabr 2025 | 00:40

DÇ-2026: Azərbaycan millisi səfərdə Fransaya məğlub oldu - YENİLƏNİB

Azərbaycan millisi DÇ-2026-nın seçmə mərhələsinin oyununda səfərdə Fransa ilə qarşılaşıb.

Bakıvaxtı.az-ın məlumatına görə, Parisdəki "Park de Prens" stadionda baş tutan matç ev sahiblərinin 3:0 hesablı qələbəsi ilə bitib.

Fransızların heyətində Kilian Mbappe (45+1), Adrien Rabyo (69) və Floryen Toven (84) fərqləniblər.

Qeyd edək ki, Fransa millisi 9 xalla D qrupunun lideridir. Ukrayna 4 xalla ikinci pillədə qərarlaşıb. 3 xalı olan İslandiya üçüncü, 1 xala malik Azərbaycan sonuncudur.

 

***00:31

DÇ-2026-nın seçmə mərhələsinin Fransa - Azərbaycan oyununda üçüncü qol vurulub.

Bakıvaxtı.az-ın məlumatına görə, Parisdəki "Park de Prens" stadiondakı matçda meydan sahibləri üstünlüklərini bir qədər də möhkəmləndiriblər - 3:0.

84-cu dəqiqədə Floryen Toven fərqlənib.

 

***00:16

DÇ-2026-nın seçmə mərhələsinin Fransa - Azərbaycan oyununda ikinci qol vurulub.

Bakıvaxtı.az-ın məlumatına görə, Parisdəki "Park de Prens" stadiondakı matçda meydan sahibləri üstünlüklərini bir qədər də möhkəmləndiriblər - 2:0.

69-cu dəqiqədə Adrien Rabyo başla dəqiq oynayıb.

 

***10 oktyabr, 23:53

DÇ-2026-nın seçmə mərhələsinin Fransa - Azərbaycan oyununda ikinci hissə başlayıb.

Bakıvaxtı.az-ın məlumatına görə, Parisdəki "Park de Prens" stadiondakı matçda meydan sahibləri 1:0 hesabı ilə öndədirlər.

Matçı norveçli baş hakim Rohit Saqqi idarə edir.

 

***23:36

DÇ-2026-nın seçmə mərhələsinin Fransa - Azərbaycan oyununda ilk hissə başa çatıb.

Bakıvaxtı.az-ın məlumatına görə, Parisdəki "Park de Prens" stadiondakı matçın 45+1-ci dəqiqəsində meydan sahibləri hesabı açıblar.

Kilian Mbappe adını tabloya yazdırıb.

 

***22:45

DÇ-2026-nın seçmə mərhələsinin D qrupunda Fransa - Azərbaycan matçına start verilib.

Bakıvaxtı.az-ın məlumatına görə, qarşılaşma Parisdəki "Park de Prens"" stadionuda keçirilir.

Matçı norveçli baş hakim Rohit Saqqi idarə edir.

 


SON XƏBƏRLƏR

10 Oktyabr 2025