Misli Premyer Liqasının XI turunda "Qarabağ" və "Neftçi" komandaları arasında Azərbaycan derbisi keçirilib.
Bakıvaxtı.az xəbər verir ki, "Zəfər turu"nun son oyununda Ağdam təmsilçisi rəqibini 2:0 hesabı ilə məğlub edib.
Qolları Toral Bayramov (50-pen) və Kamilo Duran (84) vurublar.
"Qarabağ" 23 xalla turnir cədvəlinə başçılıq edir. 15 xalı olan "Neftçi" yeddincidir.
Qeyd edək ki, turun əvvəlki görüşlərində "Şamaxı" "İmişli"ni (1:0), "Sumqayıt" "Qəbələ"ni (2:0), "Araz-Naxçıvan" "Karvan-Yevlax"ı (2:1), "Sabah" "Kəpəz"i (3:1) üstələyib. "Zirə" - "Turan Tovuz" oyununda isə hesab açılmayıb.
Bakı 



