• Bakı 10° C

    6.44 m/s

  • USD - 1.7

    EUR - 1.98

    RUB - 2.2094

"Neftçi"nin yeni baş məşqçisi o oldu

İDMAN

09 Dekabr 2025 | 15:21

Neftçinin yeni baş məşqçisi o oldu

“Neftçi” PFK-nın baş məşqçisi vəzifəsinə Yuri Vernidub təyin edilib.

Bu barəıdə Bakıvaxtı.az-a adıçəkilən klubdan bildirilib.

Məlumata görə, ukraynalı mütəxəssislə 1,5 illik müqavilə imzalanıb.

məşqçilik fəaliyyətinə 2001-ci ildə köməkçi məşqçi kimi başlayan, 2011-ci ildən etibarən isə baş məşqçi postunu tutan Vernidub vətənində “Metallurq” (Zaporojye), “Zarya”, “Krivbass”, Belarusda “Şaxtyor” (Soliqorsk), Moldovada “Şerif” klublarında çalışıb.

Təcrübəli məşqçi müxtəlif illərdə “Zarya” və “Krivbass” ilə Ukrayna çempionatının bürünc mükafatçısı, “Şerif”lə 2 dəfə Moldova çempionu olub.

“Şerif”i UEFA Çempionlar Liqasının, “Zarya”nı Avropa Liqasının qrup mərhələsinə yüksəldən, “Krivbass”ı 24 ildən sonra avrokuboklara çıxaran mütəxəssis 2016 və 2018-ci illərdə Ukraynada, 2021-ci ildə isə Moldovada ilin məşqçisi seçilib.

Qeyd edək ki, məşqçilər korpusunda Vernidubun köməkçiləri – Valeri Mixaylenko, Dmitro Kara-Mustafa, Vitali Vernidub və İqor Fokin yer alırlar.


SON XƏBƏRLƏR