• Bakı 11° C

    1.85 m/s

  • USD - 1.7

    EUR - 1.9612

    RUB - 2.0928

"Formula-1": Braziliya Qran-prisinin qalibi bəlli oldu

İDMAN

09 Noyabr 2025 | 23:20

Formula-1: Braziliya Qran-prisinin qalibi bəlli oldu

Britaniyalı "McLaren" pilotu Lando Norris "Formula-1" üzrə Braziliya Qran-prisinin qalibi olub.

Bakıvaxtı.az xəbər verir ki, yarış San-Pauludakı "Interlagos" trekində baş tutub.

İtaliyalı Kimi Antonelli ("Mercedes") finişə ikinci çatıb. Pit-leyndən start götürən "Red Bull" pilotu Maks Ferstappen isə üçüncü olub.

Qeyd edək ki, Norris 390 xal toplayaraq, ümumi sıralamada liderliyini möhkəmləndirib. Onun avstraliyalı komanda yoldaşı Oskar Piastri 366 xalla ikinci, Ferstappen isə 341 xalla üçüncüdür.

Növbəti tur 21-23 noyabr tarixlərində Las-Veqasda (ABŞ) keçiriləcək.


SON XƏBƏRLƏR

09 Noyabr 2025