• Bakı 10° C

    5.53 m/s

  • USD - 1.7

    EUR - 1.98

    RUB - 2.2094

"Sumqayıt" "İmişli"yə qalib gəldi

İDMAN

09 Dekabr 2025 | 22:44

Sumqayıt İmişliyə qalib gəldi

Misli Premyer Liqasında XIV turunda daha bir oyun keçirilib.

Bakıvaxtı.az xəbər verir ki, Mehdi Hüseynzadə adına Sumqayıt şəhər stadionunda "İmişli"ni qəbul edən "Sumqayıt" minimal hesablı (1:0) qələbə qazanıb.

82-ci dəqiqədə Rüstəm Əhmədzadə yerli azarkeşləri sevindirib.

"Sumqayıt" 26 xalla turnir cədvəlinin dördüncü pilləsində qərarlaşıb. 15 xala malik "İmişli" isə doqquzuncu yerdədir.

Qeyd edək ki, turun əvvəlki matçlarında "Şamaxı" "Karvan-Yevlax"ı (3:0), "Sabah" "Neftçi"ni (2:0), "Araz-Naxçıvan" "Kəpəz"i (2:0) məğlub edib. "Zirə" - "Qarabağ" qarşılaşmasında qalib müəyyənləşməyib - 1:1. "Qəbələ" - "Turan Tovuz" oyunu isə əlverişsiz hava şəraitinə görə təxirə salınıb.


SON XƏBƏRLƏR