• Bakı 10° C

    5.53 m/s

  • USD - 1.7

    EUR - 1.98

    RUB - 2.2094

"Sabah" Çempionlar Liqasında ilk qələbəsini qazandı

İDMAN

09 Dekabr 2025 | 22:10

Sabah Çempionlar Liqasında ilk qələbəsini qazandı

"Sabah" basketbol komandası Çempionlar Liqasında növbəti oyununa çıxıb.

Bakıvaxtı.az xəbər verir ki, Bakıda Çexiyanın "Nimburk" klubu ilə üz-üzə gələn Rimas Kurtinaytisin baş məşqçisi olduğu kollektiv 105:87 hesabı ilə qalib gəlib.

Bu, "bayquşlar"ın cari mövsüm Çempionlar Liqasındakı ilk qələbəsi olub.

Qeyd edək ki, "Sabah" B qrupunda 6 xalla sonuncu - dördüncü pillədə qərarlaşıb. Çexiya təmsilçisi 6 xalla üçüncüdür. Fransanın "Elan Şalon" kollektivi 8 xalla liderdir. Almaniyanın "Alba" (Berlin) komandası isə 7 xalla ikinci sıradadır.


SON XƏBƏRLƏR