• Bakı 11° C

    3.25 m/s

  • USD - 1.7

    EUR - 1.9612

    RUB - 2.0928

“SFA Federasiya Kuboku 2025” başa çatıb

İDMAN

09 Noyabr 2025 | 19:28

“SFA Federasiya Kuboku 2025” başa çatıb

Ramada by Wyndham Baku” hotelinin ərazisində yerləşən Azərbaycan Yelkən Federasiyasının (SFA) Yelkən Mərkəzində 7-9 noyabr tarixlərində keçirilən “SFA FEDERASİYA KUBOKU 2025” yarışı yekunlaşıb.

Bakıvaxtı.az xəbər verir ki, yarışlar hər gün saat 10:00–17:00 aralığında baş tutub. 

    Turnir çərçivəsində 9 noyabr saat 18:00-da mükafatlandırma mərasimi keçirilib və qaliblər müxtəlif siniflər üzrə təltif olunublar.

    ILCA 4 sinifi 

    I yer — Davud Babazadə

    II yer — Ameliya Əliyeva

    III yer — Nəzrin Məmmədova

    Optimist Junior sinifi

    I yer — Ece Deniz Gursel (ARM Urla, Türkiyə)

    II yer — Kamilla Həsənova

    III yer — Ayaz Yılmazer

    Optimist Qızlar sinifi

    I yer — Nehir Uygur (ARM Urla, Türkiyə)

    II yer — Emel Məmmədli

    III yer — Yağmur Həsənli

    Optimist Ümumi sinifi

    I yer — Kamal Bəşirli

    II yer — Nurlan Ağazadə

    III yer — Nehir Uygur (ARM Urla, Türkiyə)

    Tədbirdə çıxış edən Federasiya Prezidenti Qüdrət Qurbanov deyib ki, bu il bizə qoşulanlar arasında qızlar çoxdur. 

    Federasiya Prezidenti Azərbaycan Yelkən Federasiyası yarışda iştirak edən bütün yelkənçiləri təbrik edib və qaliblərə gələcək fəaliyyətlərində uğurlar arzulayıb. 

    O bildirib ki, Federasiya ölkəmizdə yelkən idmanının inkişafını dəstəkləmək və yeni nəsil idmançılar yetişdirmək məqsədilə fəaliyyətini davam etdirəcək.


    SON XƏBƏRLƏR

    08 Noyabr 2025