• Bakı 11° C

    2.11 m/s

  • USD - 1.7

    EUR - 1.9811

    RUB - 2.2291

Rusiya bu yarışa da buraxılmayacaq

İDMAN

10 Oktyabr 2025 | 18:12

Rusiya bu yarışa da buraxılmayacaq

Rusiyanın futbol üzrə U-19 millisi Avropa çempionatının 2026/27-ci il seçmə mərhələlərində iştirak etməyəcək. Buna görə də turnirin final mərhələsini də buraxacaq. 

Bakıvaxtı.az xəbər verir ki, bu barədə “Sport-ekspress” qəzeti məlumat yayıb.

UEFA-nın baş katibi Teodor Teodoridisin bütün 55 milli assosiasiyaya göndərdiyi dövri məktubda bildirilib ki, U-19 yaş qrupu arasında Avro-2026/27 turnirinin seçmə mərhələlərinin ilk raundlarının püşkatması bu ilin 10 dekabrında İsveçrənin Nyon şəhərində keçiriləcək. Məktuba U-19 komandalarının iştirak siyahısı da əlavə olunub. Siyahıda UEFA-ya üzv olan 55 ölkədən 54-nün adı var. Yalnız Rusiya püşkatmaya dəvət edilməyib. 

Xatırladaq ki, 2022-ci ilin fevralından Rusiyanın milli və klub səviyyəsində bütün komandaları beynəlxalq yarışlardan qeyri-müəyyən müddətə uzaqlaşdırılıb.


SON XƏBƏRLƏR

07 Dekabr 2025