• Bakı 24° C

    15.14 m/s

  • USD - 1.7

    EUR - 1.9916

    RUB - 2.0295

Ronaldu bütün zamanların ən yaxşı futbolçusu mükafatına layiq görülüb

İDMAN

11 Sentyabr 2025 | 10:08

Ronaldu bütün zamanların ən yaxşı futbolçusu mükafatına layiq görülüb

Portuqaliya millisinin kapitanı, Səudiyyə Ərəbistanının "Əl-Nəsr" klubunun hücumçusu Kriştianu Ronaldu bütün zamanların ən yaxşı futbolçusu mükafatına layiq görülüb.

Bakıvaxtı.az xəbər verir ki, bu, Portuqaliya çempionatının mükafatlandırma mərasimində açıqlanıb. 

40 yaşlı futbolçunun bütöv bir dövrü müəyyənləşdirdiyi və dünya futbolunda silinməz iz qoyduğu bildirilib. Ronaldu mərasimdə iştirak etməyib. Lakin təşkilatçılar hücumçunun mükafatla birlikdə nitq söylədiyi videonu nümayiş etdiriblər.

Qeyd edək ki, K.Ronaldu ən nüfuzlu fərdi futbol mükafatı sayılan "Qızıl top"a 5 dəfə layiq görülüb. Bundan əlavə, portuqaliyalı futbol tarixində ən çox (943) qol vuran oyunçudur.


SON XƏBƏRLƏR

10 Sentyabr 2025