• Bakı 24° C

    15.14 m/s

  • USD - 1.7

    EUR - 1.9916

    RUB - 2.0295

Qarabağ və Şərqi Zəngəzurda məktəbəqədər təhsil genişlənir

CƏMİYYƏT

11 Sentyabr 2025 | 11:00

Qarabağ və Şərqi Zəngəzurda məktəbəqədər təhsil genişlənir

Qarabağ və Şərqi Zəngəzurda məktəbəqədər təhsil müəssisələrinin sayı artırılacaq

Bakıvaxtı.az xəbər verir ki, bunu media üçün keçirilən brifinqdə elm və təhsil naziri Emin Əmrullayev deyib.

Nazirin sözlərinə görə, hazırda Qarabağ və Şərqi Zəngəzurda 7 məktəbəqədər təhsil müəssisəsi fəaliyyət göstərir. Bu müəssisələrdə 243 uşaq məktəbəqədər təhsilə cəlb olunub.

O, qeyd edib ki, hazırda bu müəssisələrdə 82 nəfər heyət üzvü çalışır. Nazir əlavə edib ki, növbəti tədris ilində bölgədə əlavə olaraq 6 məktəbəqədər təhsil müəssisəsinin açılması planlaşdırılır.

Mina Mikayılova


SON XƏBƏRLƏR

10 Sentyabr 2025