• Bakı 16° C

    3.76 m/s

  • USD - 1.7

    EUR - 1.9675

    RUB - 2.0938

“Qavaldaş daşı” işində qərar verildi

CƏMİYYƏT

10 Oktyabr 2025 | 22:15

“Qavaldaş daşı” işində qərar verildi

Xalq artisti Natiq Şirinovla ritm qrupunun keçmiş üzvü Ramil Cahangirov arasında xeyli vaxtdır davam edən məhkəmə çəkişmələri başa çatıb.

Bakıvaxtı.az xəbər verir ki, bu barədə “Qafqazinfo”ya Ramil Cahangirovun vəkili Gülşən Salmanova məlumat verib.

Vəkilin sözlərinə görə, Ali Məhkəmə nağaraçıların işində son qərarını elan edib. Natiq Şirinov keçmiş qrup üzvünə qarşı maraqlı iddia irəli sürmüşdü. O, Ramil Cahangirovu ona məxsus “qavaldaş nağara” əsərindən qanunsuz istifadə etməkdə ittiham edirdi.

Xalq artisti həmkarından üzr istəməsini və 55 min manat təzminat ödəməsini tələb etmişdi. İşə əvvəlcə Sumqayıt Şəhər Məhkəməsində baxılıb. Məhkəmə iddianı əsassız sayaraq rədd edib. Lakin sonradan Sumqayıt Apellyasiya Məhkəməsi Natiq Şirinovun iddiasını qismən təmin edib.

Qərara əsasən, cavabdeh üzr istəməli, onda olan qaval daşı məhv edilməli və Ramil Cahangirov Natiq Şirinova mənəvi ziyana görə 10 min manat ödəməli idi.

Ramil isə qərarla razılaşmayıb, bu əsasla kassasiya şikayəti verib.

Bu gün Ali Məhkəmə tərəfləri yenidən dinləyib və apellyasiya instansiyasının qərarını qanunsuz hesab edib.

Son qərarla Natiq Şirinovun iddiasının qismən təmil ediməsi ilə bağlı əvvəlki qərar tamamilə rədd edilib.

Hakim bəyan edib ki, “qavaldaş daşı”dan istənilən nağaraçı istifadə edə bilər və bu halda “mənə məxsusdur” ifadəsi əsassız sayılmalıdır.


SON XƏBƏRLƏR

10 Oktyabr 2025