• Bakı 13° C

    4.2 m/s

  • USD - 1.7

    EUR - 1.9612

    RUB - 2.0928

Azərbaycan Ordusunda andiçmə mərasimləri keçirilib

CƏMİYYƏT

09 Noyabr 2025 | 18:04

Azərbaycan Ordusunda andiçmə mərasimləri keçirilib

Müdafiə naziri, general-polkovnik Zakir Həsənovun təsdiq etdiyi 2025-ci ilin hazırlıq planına uyğun olaraq, noyabrın 9-da Azərbaycan Ordusunda gənc əsgərlərin andiçmə mərasimləri keçirilib.

Bakıvaxtı.az xəbər verir ki, hərbi orkestrlərin müşayiəti ilə döyüş bayraqları sıra meydanlarına gətirildikdən sonra mərasimlər açıq elan olunub. Əvvəlcə Ümummilli Lider Heydər Əliyevin və Vətən uğrunda şəhid olanların xatirəsi bir dəqiqəlik sükutla yad edilib, Azərbaycan Respublikasının Dövlət Himni səsləndirilib.

Təntənəli şəkildə hərbi andı qəbul edən gənc əsgərlər Vətənə sədaqət andı içiblər. Tədbirdə çıxış edən Müdafiə Nazirliyinin nümayəndələri və hərbi hissə komandirləri əsgərləri təbrik edərək onlara Vətənə, dövlətə və Ali Baş Komandana sadiq xidmət göstərməyi, döyüş hazırlıqlarını daim artırmağı tövsiyə ediblər.

Qeyd olunub ki, andiçmə mərasiminin 9 Noyabr – Dövlət Bayrağı Gününə təsadüf etməsi bu günü şəxsi heyət üçün daha da yaddaqalan və mənalı edir.

Çıxış edən əsgər valideynləri də övladlarının Vətən qarşısında şərəflə xidmət etmələrindən qürur duyduqlarını, yaradılan şəraitə görə dövlət rəhbərliyinə və Müdafiə Nazirliyinə təşəkkür etdiklərini bildiriblər.

Sonda hərbi qulluqçular təntənəli marşla tribunaların önündən keçib, andiçmə mərasimi və Dövlət Bayrağı Gününə həsr olunmuş konsert proqramları ilə tədbir yekunlaşıb.

 


SON XƏBƏRLƏR

08 Noyabr 2025