Azərbaycan Minatəmizləmə Agentliyi (ANAMA) və Cenevrə Beynəlxalq Humanitar Minatəmizləmə Mərkəzi (GICHD) cari ildə imzalanan "Azərbaycan Respublikasında minatəmizləmə fəaliyyətinə dəstəyin təmin edilməsinə dair" anlaşma memorandumunun icrası ətrafında fikir mübadiləsi aparılıb.
Bakıvaxtı.az xəbər verir ki, müzakirələr ANAMA sədri Vüqar Süleymanov və GICHD direktoru, səfir Tobias Privitelli ilə görüş zamanı baş tutub.
Görüşdə səfirə Azərbaycanın üzləşdiyi mina problemi və bu problemin aradan qaldırılması istiqamətində həyata keçirilən tədbirlər, o cümlədən Agentliyin fəaliyyəti barədə geniş təqdimat edilib.
Həmçinin, mina təhlükəsi ilə mübarizə sahəsində təcrübə və təlim mübadiləsi, informasiyanın idarə edilməsi, innovativ yanaşmaların tətbiqi, potensialın gücləndirilməsi və birgə layihələr çərçivəsində əməkdaşlıq perspektivləri ətrafında danışıqlar aparılıb.
Qeyd edək ki, görüşdə İsveçrənin Azərbaycandakı səfiri Tomas Ştehli də iştirak edib.
Bakı 




