• Bakı 10° C

    6.71 m/s

  • USD - 1.7

    EUR - 1.98

    RUB - 2.2094

Mədəni irsdən sülhə aparan yol: Qərbi Azərbaycan mövzusu yeni mərhələdə

CƏMİYYƏT

09 Dekabr 2025 | 17:04

Mədəni irsdən sülhə aparan yol: Qərbi Azərbaycan mövzusu yeni mərhələdə

Bugünlərdə Bakıda keçirilmiş "Mədəni irs və qayıdış hüququ: Ermənistandan didərgin salınmış azərbaycanlıların mədəni irsinin bərpası ədalətə, barışığa və sülhə aparan yol kimi” III beynəlxalq konfransı geniş rezonans doğurub.

4 istiqamətdə 16 nəfər beynəlxalq ekspertlərin çıxışları problemin çox geniş arealda dəstək qazanması kimi qarşılanmaqla, həm də hüquqi əsasları baxımından da ciddi hüquqi sosial əsaslandırmaları ilə də diqqəti cəlb etməkdədir.

Qərbi Azərbaycana qayıdış təşəbbüsünün üç ildə təşkilatlanmadan milli ideyaya,  milli ideyadan beynəlxalq platformaya çevrilən hərəkat mahiyyəti olan fəaliyyəti hazırda ölkə hüdudlarından kənarda da yeni sülhsevər və barışı dəstəkləyən icma olaraq tanınır.

Döblətimizin başçısının beynəlxalq konfransın iştirakçılarına ünvanlandığı müraciətdə "İnanırıq Qərbi Azərbaycan İcmasının sülhsevər üzvləri öz ata-baba yurdlarına qayıdacaq" fikri soydaşlarımızın qayıdışına böyük inam ifadə edir. Prezidentin "Deportasiya və qırğınlardan birbaşa əziyyət çəkən insanları özündə birləşdirən Qərbi Azərbaycan icmasının təmkinli, konstruktiv yanaşması, barışıq və dialoqa açıq olması öz fəaliyyətini beynəlxalq hüquqa uyğun qurması, dövlətlərin ərazi bütövlüyünə və suverenliyinə hörmət etməsi təqdir olunmalıdır" sözləri icmanın xeyirxah missiyasının önə çıxarılması, həm də ona dövlət səviyyəsində dəstəyin ifadəsi olaraq çox qiymətlidir. Yəni bu təşəbbüslərə artıq Ermənistan cəmiyyəti özü də tədricən alışır ki, bu da onun vətəndaş təşəbbüslərinin milli ideyadan beynəlxalq platformaya yüksəldiyini nümayiş etdirir.

Beynəlxalq konfransın gündəliyində Qərbi azərbaycanlılara qarşı törədilənlərin cinayət faktları kimi qəbul olunmasına istinadən qayıdış hüququna qayıdış mədəniyyəti prizmasından yanaşılmasına bütün panellərdəki çıxışlarda toxunulması bu sahədə gərəkli hüquqi və təbliğatı işlərin miqyasından da xəbər verir.

Ölkəmizin bu sahədə apardığı məqsədyönlü işlərin İcmanın beynalxalq nüfuzuna da ciddi təsirini xüsusi vurğulamalıyıq. Yəni bu məsələlər artıq beynalxalq siyasi, ictimai və hüquqi dairələrdə də ciddi qəbul edilir ki, Ermənistan azərbaycanlıları təkcə sürəkli şəkildə yerlərindən didərgin salınmaqla bərabər, onların tarixi miraslarının daşıyıcıları da tarixi mədəni, dini abidələri məhv edilmiş, coğrafi yer adları, anomastik areal büsbütün vandalizmə məruz qalıb.

Beynəlxalq konfrasın panellərinin adları bu cəhətdən çox aktual və ibrətamizdir: Qayıdış hüququ və mədəni irs: hüquqi və mənəvi əsaslar: Maddi irs: qayıdışın fiziki təməllərinin qorunması: Beynəlxalq əməkdaşlıq: qlobal dəstəyin səfərbər olunması: nəhayət, Qeyri-maddi irs: qayıdışın canlı əsaslarının dirçəldilməsi.

Prezident İlham Əliyevin III beynəlxalq konfrans iştirakçılarına müraciətində Qərbi Azərbaycan İcmasının qısa müddətdəki fəaliyyətinə dair "Deportasiya və qırğınlardan birbaşa əziyyət çəkən insanları özündə birləşdirən Qərbi Azərbaycan İcmasının təmkinli, konstruktiv yanaşması,barışıq və dialoqa açıq olması,öz fəaliyyətini beynalxalq hüquqa uyğun qurması,dövlətlərin ərazi bütövlüyünə və suverenliyinə hörmət etməsi təqdir olunandır" fikirləri bizim hər birimizin qarşısında çox ciddi vəzifələri də qoymaqdadır.Təşkilatlanmadan, beynalxalq müstəvidə təbliğat arealını genişləndirərək hüquqi dəstəyin hüdudlarını artırmaqla şərəfli və ləyaqətli əsaslarla Yurda Dönüşü üçün səfərbər olmalıyıq. Bununla da, uzun müddət dini, etnik və coğrafi maraqların qurbanına çevrilmiş xalqımızın bu mirasın üzərində dostluq, bərabərlik və demokratik əsaslarla yaşam tərzinə nail olmaqla Ermənistan cəmiyyətinə də yeni ab-hava gətirəcəyinə inanırıq.

Həsən Bayramoğlu

Qərbi Azərbaycan İcması Ağsaqqallar Şurasının Üzvü, İcmanın Binəqədi rayon numayəndəsi, Pedaqogika elmləri doktoru,professor


SON XƏBƏRLƏR