• Bakı C

    5.39 m/s

  • USD - 1.7

    EUR - 2.0035

    RUB - 2.2071

Sabunçudakı partlayışda xəsarət alandan XƏBƏR VAR

CƏMİYYƏT

09 Dekabr 2025 | 16:34

Sabunçudakı partlayışda xəsarət alandan XƏBƏR VAR

Xəbər verdiyimiz kimi, Sabunçu rayonunda fərdi yaşayış evində partlayış olub.

Bakıvaxtı.az-ın məlumatına görə, xəsarət alan 1970-ci il təvəllüdlü şəxs (kişi) bədənin müxtəlif nahiyələrinin yanığı diaqnozu ilə Yanıq Mərkəzinə hospitalizasiya olunub.

Sabunçu Tibb Mərkəzindən Bakıvaxtı.az-ın sorğusuna cavab olaraq bildirilib ki, ona başın, boyunun, hər iki yuxarı ətrafın II-III dərəcəli termiki alov yanığı diaqnozu qoyulmuşdur.

Hazırda pasiyentin müalicəsi Reanimasiya şöbəsində davam etdirilir, vəziyyəti orta ağırdır.

Zeynəb Rzeyava


SON XƏBƏRLƏR

02 Mart 2026