• Bakı 10° C

    6.74 m/s

  • USD - 1.7

    EUR - 1.98

    RUB - 2.2094

Adil Kərimli İƏT baş katibinin köməkçisi ilə görüşüb  

CƏMİYYƏT

09 Dekabr 2025 | 17:52

Adil Kərimli İƏT baş katibinin köməkçisi ilə görüşüb  

Azərbaycan Respublikasının Mədəniyyət Nazirliyi və İslam Əməkdaşlıq Təşkilatının (İƏT) birgə təşkilatçılığı, Heydər Əliyev Fondunun tərəfdaşlığı ilə 5-11 dekabr tarixlərində paytaxtımız “İƏT Mədəniyyət Festivalı: Bakı Yaradıcı Həftə – 2025”ə ev sahibliyi edir. 

Mədəniyyət Nazirliyindən Bakıvaxtı.az-a verilən məlumata görə, tədbirlə əlaqədar 50-dək ölkədən rəsmi nümayəndə, elm, mədəniyyət və yaradıcı sənaye üzrə ekspertlərdən ibarət 300-dən çox qonaq Azərbaycana təşrif buyurub.

Dekabrın 9-da Bakı Konqres Mərkəzində beynəlxalq tədbirin rəsmi açılış mərasimindən sonra mədəniyyət naziri Adil Kərimli ilə İslam Əməkdaşlıq Təşkilatı baş katibinin humanitar, mədəni, sosial və ailə işləri üzrə köməkçisi, qurumun Əfqanıstan üzrə xüsusi nümayəndəsi Tariq Ali Bakhit arasında ikitərəfli görüş olub. 

Qonağı salamlayan nazir belə bir mötəbər tədbirin Azərbaycanda keçirilməsinə verdiyi dəstəyə görə İƏT-in rəhbərliyinə təşəkkürünü bildirib. Qeyd olunub ki, Azərbaycan Respublikasının İƏT-lə əlaqələri strateji əhəmiyyət daşıyır. 

Festivalın əhəmiyyətini qeyd edən nazir deyib ki, bu layihə İslam dünyasında mədəni əməkdaşlığı təşviq etmək, mədəni əlaqələri möhkəmləndirmək və yaradıcı təşəbbüsləri dəstəkləmək üçün mühüm platformadır.

Tariq Ali Bakhit görüşə, festivalın yüksək səviyyədə təşkilinə və nümayəndə heyətlərinə göstərilən qonaqpərvərliyə görə Azərbaycan tərəfinə təşəkkürünü bildirib. İƏT rəsmisi Azərbaycanın İslam dünyasında həmrəyliyə, əməkdaşlığa və mədəni mübadiləyə mühüm töhfələr verdiyini məmnunluqla diqqətə çatdırıb. 

Söhbət zamanı qarşılıqlı maraq doğuran məsələlər ətrafında fikir mübadiləsi aparılıb. 

Sonda qonağa xatirə hədiyyəsi təqdim olunub, birgə foto çəkdirilib.


SON XƏBƏRLƏR