• Bakı 13° C

    7.14 m/s

  • USD - 1.7

    EUR - 1.8669

    RUB - 2.0809

Naxçıvanda məhkumların tibbi müayinəsi aparılıb

CƏMİYYƏT

09 Noyabr 2025 | 20:10 | Müəllif: Əli Hüseynov

Naxçıvanda məhkumların tibbi müayinəsi aparılıb

Naxçıvan Muxtar Respublikası Səhiyyə Nazirliyinin iş planına uyğun olaraq Muxtar Respublikanın Ədliyyə Nazirliyinin Penitensiar Xidmətinin Qarışıq Rejimli Cəzaçəkmə Müəssisəsində cəza çəkən məhkumlar tibbi müayinədən keçirilib.

Bakıvaxtı.az xəbər verir ki, müayinələr zamanı məhkumların sağlamlıq vəziyyətinin qiymətləndirilməsi məqsədilə nevroloji, kardioloji, stomatoloji, terapevtik, laborator və digər sahələr üzrə xidmətlər göstərilib, hər bir məhkumun tibbi göstəriciləri ətraflı şəkildə yoxlanılıb.

Qeyd edək ki, aparılan müayinələr məhkumların sağlamlıq durumuna operativ nəzarətin təmin olunması və profilaktik tədbirlərin vaxtında həyata keçirilməsi məqsədi daşıyır.


Naxçıvanda məhkumların tibbi müayinəsi aparılıbNaxçıvanda məhkumların tibbi müayinəsi aparılıbNaxçıvanda məhkumların tibbi müayinəsi aparılıbNaxçıvanda məhkumların tibbi müayinəsi aparılıb
Batıgöz reklamMedia İnkişaf

SON XƏBƏRLƏR