Şəhidlər xiyabanında nalayiq hərəkətlər etməklə çəkdikləri videogörüntünü sosial şəbəkələrdə paylaşmağa görə polis tərəfindən saxlanılan 3 Səudiyyə Ərəbistanı vətəndaşının (Alzaman Mahdi Ali, Alghabr Mohammad Hussain, Alghabr Mahdi Mohammad) cinayət işi üzrə məhkəmən araşdırması yekunlaşıb.
Bakıvaxtı.az-ın məlumatına görə, Səbail Rayon Məhkəməsində hakim Azər Tağıyevin sədrliyi ilə keçirilən prosesdə sonuncu iki şahidin ifadəsi elan edildikdən sonra məhkəmə istintaqının yekunlaşması ela edilib .
Daha sonra prokuror dövlət ittihamının müdafiəsi zamanı təqsirləndirilən əcnəbilərin hər üçünün ayrı-ayrılıqda 4 il azadlıqdan məhrum edilməsinin məhkəməyə təklif edib.
Vəkillər müdafiə çıxışlarına hazır olmadıqlarına görə vaxt istəyiblər.
Növbəti proses dekabrın 16- na təyin edilib.
Qeyd edək ki, avqustun 17-də 3 nəfər əcnəbi şəxsin Şəhidlər xiyabanında nalayiq hərəkətlər etməklə çəkdikləri videogörüntünü sosial şəbəkələrdə paylaşmaları barədə araşdırmalar aparılıb.
Araşdırmalar zamanı həmin şəxslərin avqustun 13-də Bakı şəhərinə turist kimi 5 günlük gəldikləri, çəkdikləri videonu sosial şəbəkələrdə yaydıqları müəyyən edilib.
Faktla bağlı Cinayət Məcəlləsinin 245-ci (Qəbir üzərində təhqiredici hərəkət) maddəsilə cinayət işi başlanılıb.
Bakı 



